Azərbaycana gətirilən hibrid avtomobillər Əlavə Dəyər Vergisindən (ƏDV) azad ediləcək.
Elauto.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunub.
Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir. Nəzərdə tutulan dəyişiklik rəsmiləşsə, öıkəmizdə hibrid avtomobillərin qiymətində xeyli azalma qeydə alınacaq. Bu, həm də alıcılara ili köhnə olanların əvəzində daha yeni hibrid avtomobillər əldə etməyə şərait yaradacaq.






















