“Şkoda”, 2020-ci ildə “Enyaq iV” adını verdiyi tamamilə elektrikli modelini tanıtmışdı. Elauto.az xəbər verir ki, şirkət indi də bu modelin “Enyaq Sportline iV” adlı idman versiyasını çıxarıb.
Bu versiyada performans baxımından inkişaflar olmasa da, görünüş baxımından daha dinamik və xüsusi bir görünüş diqqət çəkir.
Avtomobilə baxarkən orijinal “Enyaq”a görə öndən 15 mm, arxadan 10 mm endirilən asqıları, iki yeni 20 və 21 düymlük fərqli təkər modellərini, qara gövdə detallarını, idman oturacaqlarını, idman sükanını və karbon effektli daxili hissələri vurğulamaq olar.
Bir çox hissəsində “Sportline” yazıları olan bu avtomobil, təəssüf ki, standart “Enyaq iV”dən daha güclü bir seçim istəyənləri sevindirmir. Bununla birlikdə, “Şkoda”nın bu ilin sonuna “Enyaq iV vRS” adlanacaq 306 at gücündə bir seçim gətirəcəyi də deyilir.
“Enyaq Sportline iV” 3 fərqli mühərrik seçiminə sahib olacaq. Bunları sıra ilə təqdim edirik:
Enyaq Sportline iV 60:
400 km mənzil
62 kWh batareya
160 km/s maksimum sürət
Arxadan çəkmə sistemi
180 at gücü və 310 Nm tork
Enyaq Sportline iV 80:
520 km mənzil
82 kWh batareya
160 km/s maksimum sürət
Arkadan çəkmə sistemi
204 ar gücü
Enyaq Sportline iV 80x:
500 km mənzil
160 km/s maksimum sürət
82 kWh batareya
İkili elektrik motoru və 4X4 çəkmə sistemi
265 at gücü və 425 Nm tork






































