Azərbaycanda elektrikli avtomobillər üçün yeni güzəşt

Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad ediləcək.

Elauto.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Elktrikli avtomobillər üçün başqa güzəştlərin də tətbiqi nəzərdə tutulub. Bütün bunlar yaxın gələcəkdəki müzakirələrdən sonra dəqiqləşəcək.