Nazir təsdiqlədi: Elektrikli avtomobillər ƏDV-dən azad ediləcək

Gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad ediləcək.

Elauto.az xəbər verir ki, Azərbaycanda gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib. O, noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı çıxış edib. Deputatın elektrik avtomobillərinin idxalına güzəştlərin tətbiqi barədə təklifinə münasibət bildirən nazir müavini bildirib ki, 2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı ƏDV-dən azaddır:

“Elektrik mühərrikli avtomobillərin ölkə daxilində satışının da gələn ildən ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Həmçinin, onların doldurulma məntəqələri də ƏDV-dən azad ediləcək”.