Almaniyanın avtomobil nəhəngi “Volkswagen” elektromobil istehsalını dayandırıb. Elauto.az xəbər verir ki, şirkətin belə addım atmasına çip çatışmazlığı səbəb olub.
“VW ID 3”, “VW ID 4”, “Audi Q4 e-tron” və “Cupra Born” modellərinin istehsalı bir həftəlik dayanıb. Bu üzdən Almaniya şirkəti 5 min ədəd az avtomobil istehsal etməli olacaq.
Buna kimi şirkət daxili yanacaq mühərrikli “Golf” və “Tiguan” avtomobillərinin istehsalını dayandırmışdı. Əvəzində elektromobil istehsalının elektron hissələrinin təchizatına üstünlük verilirdi. Buna görə Tsvikkau və Drezdendəki istehsal xətləri fasiləsiz olaraq işə davam edirdi.
Qlobal çip çatışmazlığından ən böyük zərbəni avtomobil sənayesi alıb. “Volkswagen” bu ilin nəticələrinə görə avtomobil istehsalının 6,2 % azalacağını proqnozlaşdırır. Eyni dövrdə “Ford”un istehsalı 700 min ədəd, “Stellantis”in – 600 min ədəd, “Renault”un – 500 min ədəd, “Toyota”nın – 300 min ədəd azalacağı gözlənilir.






















