Hibrid avtomobil istehsalında “Lexus” fərqi

Elektrikli və hibrid avtomobillərin istehsalına böyük önəm verən avtoşirkətlərdən biri də “Leksus”dur (Lexus). Elauto.az xəbər verir ki, “Lexus” 15 ildən çoxdur avtomobillərin elektrikləşməsində qabaqcıl yer tutur.

Şirkət, həyəcanverici, effektiv və dözümlü avtomobillərini daha da təkmilləşdirir. Demək olar ki, səssiz olan mühərriklər planetimizin qorunması ilə yanaşı sürücüyə dinamik idarəetmə təcrübəsi yaşatması ilə seçilir.

“Lexus” 2004-cü ildə dünyanın ilk özü enerji yığan lüks hibridini təqdim edib. Bu gün yolda olan lüks Özü Enerji Yığan Hibridlərin əksəriyyəti “Lexus” avtomobilləridir. Şirkət bir milyonuncu özü enerji yığan hibridini 2016-ci ildə istehsal edib.

“Lexus” satış bazarında 15 ildən çox təcrübəsi olan yeganə premium brenddir. Şirkət hibrid avtomobillər və özü enerji yığan hibridlərin doqquz müxtəlif modellə kompaktdan tutmuş SUV, sedanlar və kupelərə kimi geniş çeşidlərini təqdim edir.


“Lexus” özü enerji yığan hibridində enerji ehtiyatla qorunur. Hər dəfə avtomobilinizi idarə etdiyiniz zaman batareyanız dolur. Sadəcə hərəkət zamanı deyil, həmçinin dayandığınız və ya yavaşladığınız zamanda belə regenerativ əyləc sistemi daha çox enerji bərpa edir.

Özü enerji yığan hibrid nədir və necə çalışır?

Özü enerji yığan hibridi heç bir enerji mənbəyinə qoşmağa ehtiyac yoxdur. O, elektrik rejimində orta hesabla vaxtının 50 faizini sərf edə bilər. Hər dəfə avtomobili sürdüyünüz zaman akkumulyator dolur. Təkcə hərəkət edəndə deyil, həm də siz dayananda və ya sürəti azaldanda, regenerativ əyləc sistemi daha çox enerji bərpa edir.

Özü Enerji Yığan Hibrid avtomobilləri ekvivalent dizel modeli ilə müqayisədə almaq, sahib olmaq və işlətmək üçün sərfəlidir. Siz heç vaxt Lexus Hibrid avtomobilini elektrik yuvasına qoşmalı olmayacaqsınız. Onlar özü enerji yığandır və həmişə istədiyiniz məsafəyə getməyə hazırdır.

Hibrid sistemində mufta, qazpaylayıcı mexanizm kəməri, işəsalma mühərriki, generator və sairə olmadığı üçün uzunmüddətli perspektivdə texniki xidmət xərclərinə əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür.

Bundan başqa, əvəzləyici hissələrin xərcləri nəzərəçarpacaq dərəcədə azalır, çünki “Lexus” hibridlərinin əyləc bəndləri və şinləri daha gec dağılır, bu isə gələcək qənaətlərlə nəticələnir.


“Lexus” özü enerji yığan hibridlərin hamısının avtomatik ötürücüləri var və bu, onların idarə olunmasını daha da asan və rəvan edir. Onlar rahatlıq üçün 5 ulduzlu “Avro NCAP” təhlükəsizliyi reytinqi və 5 illik zəmanətlə təqdim olunur.

Özü enerji yığan hibrid sistemləri ekoloji baxımdan təhlükəsizdir və zərərli qaz emissiyalarını 2014-cü il Avro 6 Dizel Standartının onda birinə qədər azaldır.

“Lexus”un Azərbaycan bazarındakı modelləri

Sonda onu da qeyd edək ki, hazırda Azərbaycanda “Lexus”un hibrid elektrik avtomobillərinin 5 modeli mövcuddur.

Şirkətin kompakt krossoverlərindən ölkəmizdə yalnız “Lexus” UX modeli satışdadır. Yolsuzluq avtomobillərindən isə “Lexus” NX və “Lexus” RX var. Digər iki model isə “Lexus LC” flaqman kupe ilə “Lexus” LS flaqman sedandır.