Hibrid avtomobillərin Azərbaycana idxalı və satışı vergidən azad edilib. Elauto.az xəbər verir ki, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapan bu qanun bu gün – yanvarın 1-dən etibarən qüvvəyə minir.
Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilib.
İri mühərrikli avtomobillərə görə aksiz vergisinin məbləği artdı
Əvəzində iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılıb. Belə ki, mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (daha öncə 18 600 manat + hər kubsantimetrə görə 35 manat idi) ödəniləcək.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat (əvvəl bu məbləğ 53600 manat + hər kubsantimetrə görə 70 manat idi) ödəniləcək.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.
Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (əvvəl 18 600 manat + hər kubsantimetrə görə 35 manat idi) ödəniləcək.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat (daha öncə bu məbləğ 53600 manat + hər kubsantimetrə görə 70 manat idi) ödəniləcək.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.






















