“Volvo” da yalnız elektrikli avtomobil istehsal edəcək

“Volvo Cars” şirkəti 2030-cu ilədək yalnız elektrikli avtomobil istehsalına keçəcəyini açıqlayıb. Elauto.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı qarşıdakı 10 ilin strategiyasında məlumat verilib.

“Volvo”nun yeni elektrikli avtomobil modelləri müxtəlif komplekt variantlarla yalnız onlayn yolu ilə satılacaq.

Qeyd edək ki, daha öncə “GMC”, “Porsche”, “Jaguar Land Rover” kimi məşhur avtomobil istehsalçıları da qarşıdakı illərdə yalnız elektromobil istehsalına keçmək planlarını bəyan ediblər.