İngiltərənin SUV istehsalçısı “Land Rover” son illərdə bəzi modellərdə hibrid və plagin hibrid mühərrik variantları təklif edirdi.
Elauto.az xəbər verir ki, şirkət hələ də özünün tam elektrikli bir modelini ortaya çıxarmayıb.
Ancaq verilən son açıqlamaya görə, “Land Rover” tamamilə elektrikli olacaq ilk modelini 2024-cü ildə istifadəyə verməyə hazırlaşır.
Lakin hələlik ilk elektrikli “Land Rover” modelinin necə olacağı bilinmir. Çünki şirkət rəhbərliyinin qarşıdakı üç il ərzində hansı qərarlar verəcəyini təxmin etmək çətindir.
Lakin mütəxəssislərin ehtimalına görə, “Range Rover Evoque” modeli “Land Rover”in elektrikli avtomobil modeli üçün daha uyğun variant hesab olunur.






















