ABŞ-ın “Apple” şirkəti 2025-ci ildə elektrikli avtomobilini buraxmağı planlaşdırır. Elauto.az xəbər verir ki, sözügedən avtomobillərin sükansız və pedalsız tam avtonom idarəetmə sisteminə malik olacağı bildirilir.
Avtomobildə sükan olmasa da, onun təcili idarəetmə rejimi ilə təchiz olunması nəzərdə tutulub. Avtomobilin dünya üzrə bütün şarj cihazlarını dəstəkləyəcəyi nəzərdə tutulur. Şirkət ilk elektromobilində istifadə olunacaq prossesor üzərində əsas işlərin əksər hissəsini artıq yekunlaşdırıb.
Son bir neçə ildə “Apple” şirkəti “Titan” layihəsi çərçivəsində tam avtonom və məhdud imkanlı idarəetməli modellərin yaradılmasını tədqiq edib. İndi mühəndislər işini tam şəkildə ilk variant üzərində cəmləşdirib. Hələ bu ilin əvvəlində avtomobilin yaradılmasına 5-7 il sərf olunacağı ehtimal edilirdi. Lakin şirkət buna artıq 4 ildən sonra nail olmaq niyyətindədir. “Tesla” da daxil olmaqla elektomobil bazarının bütün liderləri tam avtonom avtomobil buraxmaqdan uzaq olduqları üçün “Apple”ın bu planı kifayət qədər ambisiyalı görünür.
Son bir neçə il ərzində şirkət “Project Titan” adlı layihə çərçivəsində həm tam avtopilot sistemli elektromobillərin, həm də məhdud imkanlara sahib avtopilot sistemli elektromobillərin istehsalını nəzərdən keçirib. Məlumata əsasən, “Apple” mühəndisləri öz diqqətlərini tam avtopilot sistemli elektromobilə yönləndiriblər.
Mühəndislər Kevin Linsin rəhbərliyi altında çalışırlar. Bu şəxs daha öncə “Apple Watch” üçün proqram təminatının yaradılması şöbəsinə rəhbərlik edib. Anonim şəxslərin sözlərinə görə, məhz Kevin Linç tam avtopilot sistemli elektromobilin yaradılmasında israr edib. Bu, “Apple” şirkətinin avtomobil şöbəsində baş vermiş son dəyişiklikdir.
Qeyd edək ki, “Apple” şirkəti 2018-ci ildən etibarən kod adı “Titan” olan bu layihəni həyata keçirmək üçün təxminən 5000 nəfərlik işçi götürüb.