Elektrikli krossover – Alpha Jax! – VİDEO

Kaliforniyada yerləşən “Alpha” (Alfa) elektrikli avtomobil dünyasında ad qazanmaq üçün əlindən gələni edir.

Elauto.az xəbər verir ki, daha əvvəl elektrik idman modelini (Ace) təqdim edən istehsalçı, indi retro dizaynlı “Jax” (Jaks) model krossoverini ortaya çıxarıb.

Eyni elektrik platformasını və dizayn detallarını paylaşan ikilinin yolsuzluq yönümlü versiyası “xoş sürücülük təcrübəsi” təmin etmək üçün əlindən gələni edəcək.

Hələ də konsepsiya formasında olan “Jax”ın adı “kiçik yolsuzluq krossoveri” kimi nəzərdə tutulub. Bu, “Alpha”nın qısa müddətdə bir qarşımıza bir SUV ilə çıxacağı anlamına gəlir. “Ace” kimi 75 kWh batareyadan istifadə edəcək model kiçik görünsə də, çox böyük bir avtomobildir.

Uzunluğu 4560 millimetr, eni 1930 millimetr olan model, demək olar ki, əvvəlki nəslin “Subaru Forester” ölçüsündədir. Dörd nəfərlik “Jax”, ümumilikdə 1776 litr həcmli baqaj təklif edir ki, bu baxımdan öz seqmentindəki ən praktik modellərdən biri olmağı hədəfləyir.

“Alpha”, modelin iki versiyasını buraxmaqda israrlıdır. Bu modellərin giriş versiyası tək bir mühərriklə işləyəcək. İkincisinin isə inkişaf etmiş bir “AWD” sürüşə sahib olması gözlənilir. Bu ikinci versiya 839 kiloqramlıq çəki çəkmə qabiliyyəti ilə fərqlənəcək. 0-100 km / saat sürət 6,7 saniyə olacaq və modelin hər iki versiyada 402 kilometr məsafə qət etməsi gözlənilir.

İstehsalçıların bildirdiyinə görə, “Jax” “karbon emissiyası olmadan möhkəm tam ötürücülü performans axtaran” istifadəçilər üçün daha cəlbedici olacaq. Hələlik “istehsal üçün hazır bir prototip” olaraq təyin olunan modeli əvvəlcədən sifariş etmək də mümkündür. “Alpha”nın planlarına görə “Jax”, 2023-cü ildə bazara çıxarılacaq.