İtaliyanın idman avtomobil istehsalçısı olan “Ferrari”nin ilk tam elektrikli avtomobili bir SUV olacaq.
Elauto.az xəbər verir ki, şirkət hazırda “Purosangue” adı verilən 4 ötürücülü yolsuzluq avtomobil modeli üzərində çalışır.
“Ferrari” 800 at gücünə malik olacaq V12 benzin motorlu və V8 hibrid maşınlarını 2022-ci ildə satışa çıxaracaq.
Layihələndirilərkən inkişaf etdirilə bilən çevik bir platformada hazırlanmış şassinin elektrikli vasitə üçün də istifadə ediləcəyi təxmin edilir. Avtomobilin 4 mühərrikə sahib olacağı iddia olunur.
CAR jurnalının hesabatına görə, avtomobilin 610 at gücünə sahib olan dörd mühərrikini qidalandırmaq üçün 80 kWh baza gücündə lityum-ion batareyası istifadə ediləcək.






















