“Ford” benzin mühərriklərdən tam imtina edir

“Ford” şirkəti 2030-cu ildə Avropada yalnız elektrik avtomobillərin satışına başlayacağını söz verib. Elauto.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Xəbərdə avtomobil istehsalçısının benzin mühərrikli maşınlardan imtina edəcəyi bildirilib. Şirkət hazırda Almaniyada yeni zavodun tikintisinə bir milyard ABŞ dolları sərmayə qoyur. Həmin zavodda elektromobillərin istehsalı başlayacaq. Birinci partiya 2023-cü ildə istifadəyə veriləcək.

“Ford” həmçinin Avropadakı bütün minik avtomobillərinin 2026-cı ilin ortalarına qədər tamamilə elektrikli və ya hibrid nəqliyyat vasitələri kimi istehsal edəcəyini planlaşdırır.