Hibrid avtomobillər Azərbaycanda

Azərbaycana ilk gətirilən hibrid avtomobil “Lexus” (Leksus) modeli olub. Elauto.az xəbər verir ki, ölkəmizdə hibrid avtomobillərin ən çox yayılanı 1500 kub santimetr mühərrikli modellərdir. Bunlardan biri də “Toyota Prius”dur.

Azərbaycanda birinci ələ nisbətən ikinci əl olan hibrid avtomobillər üstünlük təşkil edir. Hər gün Azərbaycana azı iki köhnə “Toyota Prius” modeli daxil olur. Yaponiya istehsalı olan bu avtomobillər ABŞ-dan Gürcüstan bazarına, oradan da Azərbaycana gətirilir.

Azərbaycanda hibrid avtomobillərin sayının gündən-günə artması, ölkəmizdə onlar üçün servislərin açılmasını da labüd edib. Əvvəl Azərbaycanda hibrid maşınların rəsmi servis xidməti tam qurulmamışdı. Bu səbəbdən həm ehtiyyat hissəsi, həm də usta məsələsində problemlər qaçılmaz idi. Bu üzdən hətta hibrid avtomobillərlə maraqlanan insanlar onları almağa da ehtiyat edirdi.

Lakin hazırda Azərbaycanda da hibrid avtomobillərin servis xidməti problemi aradan qalxıb. Artıq hibrid avtomobillər üçün tam olaraq servis xidməti təşkil olunur. Servislərdə bütün ehtiyyat hissələrini tapmaq mümkündür.