Hibrid avtomobil istehsalında pionerlərdən hesab olunan şirkətlərin sırasında “Toyota” ən öndə gəlir desək, yanılmarıq. Elauto.az xəbər verir ki, sözügedən şirkət bu yola hazırda nəinki bütün dünyada, elə Azərbaycanda da məşhur olan “Prius” modelləri ilə çıxıb
Belə ki, “Toyota” hibrid texnologiyası ilə çalışan “Prius” avtomobillərini 1997-ci ildə təqdim edib. Dünyanın müxtəlif yerlərində hibridlərin 12 milyondan çox sürücüsünün olduğu vaxtda bu şirkət də hibrid bazarının lideri hesab olunur. “Toyota” 25 ilə yaxındır özü enerji yığan hibridlərini təkmilləşdirməyə davam edir. Şirkət bu baxımdan rəqibsiz, istənilən tərzə uyğun, çevik, səmərəli hibridləri ilə öyünə bilər.

Aşağı sürətdə hərəkət edərkən təmiz elektrik enerjisindən, sürət artdıqda isə səmərəli benzin enerjisindən istifadə edərək bu iki fərqli enerji mənbəyi arasında səlis keçidlər edən “Toyota”nın hibrid avtomobilləri sadəcə yanacaq və pulunuza qənaət etməklə kifayətlənmir. Bu avtomobillər həm də sinfinin CO2 emissiyaları baxımından ən səmərəli göstəricilərini təklif edir. Onlar özü enerji yığan hibrid olduqlarından, bu avtomobillərin batareyasının şəbəkəyə qoşulmasına heç vaxt ehtiyac olmur.
“Toyota”nın tam hibrid sisteminin özəlliyi
“Toyota”nın hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən “hibrid-elektrik” avtomobilləri kimi tanınır. Bu iki mühərrik bir-birindən müstəqil şəkildə işləyir. Bu, “Toyota”nın tam hibrid sistemini digər yüngül hibrid avtomobillərdən fərqləndirən əsas xüsusiyyətdir.
“Toyota”nın hibrid avtomobilləri elektrik enerjisindən istifadə etməklə hərəkətə başlaya və hətta 50 km/saat sürətə qədər hərəkət edə bilir. Bunun isə bir sıra üstünlükləri var? Məsələn, 0 yanacaq sərfiyyatı, 0 ixrac qaz borusu emissiyası və şəhərdaxili hərəkətinizin 50 faizə qədərinin səssiz olması.
“Toyota”nın bütün hibrid avtomobilləri özü enerji yığdığından, batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur. Çünki batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir.
Üstəlik, bu hibrid avtomobillər regenerativ tormozlama funksiyasına malikdir. Belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir.
Bütün hibrid avtomobillər daxili yanma mühərriki və elektrik motorlarının kombinasiyası ilə hərəkətə gətirilir. Yüngül hibrid avtomobillərlə müqayisədə “Toyota”nın tam hibrid avtomobillərinin əsas üstünlüyü onun iki enerji mənbəyinin bir-birindən tam müstəqil şəkildə işləməsidir.
Yüngül hibrid avtomobillər elektrik motorlarından yalnız sürət yığma və hərəkət zamanı mühərriki dəstəkləmək üçün istifadə edə bilir – elektrik motoru avtomobili təkbaşına hərəkətə gətirə bilmir. Tam və ya özü enerji yığan hibrid avtomobillərdə isə siz şəhər səfərlərinizin və 50 km/saata qədər sürətdə hərəkətin 50%-ə qədərini təmiz elektrik enerjisindən istifadə edərək keçirə bilərsiniz. Daha yüksək sürətlərdə, yaxud şosedə ötmə zamanı elektrik motoru və benzin mühərriki gücün artması üçün birlikdə işləyir.
Hibrid avtomobillərin elektirkli avtomobillərdən əsas fərqi
“Toyota”nın hibrid avtomobillərində təmiz elektrik avtomobillərindən fərqli olaraq, qət edilən məsafəyə görə narahat olmağa ehtiyac yoxdur. Sinfinin qabaqcıl yanacaq effektivliyinə malik olan bu avtomobillər benzin və dizel mühərrikləri ilə müqayisə oluna biləcək məsafələri qət edə bilir. Adi avtomobillərdə olduğu kimi, hibrid avtomobillərdə də yanacağınız az olduqda, sadəcə yanacaq dolduraraq yolunuza davam edirsiniz.
“Toyota”nın hibrid avtomobilləri sizə lazım olan reaksiyanı vermək üçün iki enerji mənbəyi – benzin mühərriki və elektrik motoru arasında çevik keçidlər edir. Hibrid avtomobilin elektrik motoru siz akseleratoru basdıqda fırlatma momentinin (və ya dartma qüvvəsinin) dərhal güclənməsini təmin edir, daha yüksək sürətlərdə, yaxud şosedə ötmə zamanı isə gücün artması üçün benzin mühərriki ilə birlikdə işləyir.
İlk baxışda hibrid avtomobillərdə istifadə olunan texnologiya çox mürəkkəb görünür. Lakin əslində hibrid avtomobil texnologiyasında mürəkkəb heç nə yoxdur. Hibrid avtomobilləri sürmək adət etdiyiniz avtomobilləri sürməkdən daha asan ola bilər. Özü enerji yığan hibrid sistemi elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün hər iki enerji mənbəyini eyni anda işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac yoxdur.
Bununla yanaşı, bütün Toyota Hibridləri avtomatik transmissiyalarla təchiz edilmişdir. Belə ki, siz ötürmələr qutusunu “Drive” rejiminə keçirməklə səlis, rahat və komfortlu hibrid təəssüratı üçün arxaya söykənə bilərsiniz.
“Toyota”nın əksər hibrid avtomobilləri ön ötürücülüdür. Lakin hazırda şirkətin model çeşididə əlavə yolsuzluq və ya bütün hava şərtlərində hərəkət etmək imkanına ehtiyacı olanlar üçün tam ötürücülü və ya 4×4 “Toyota” hibridlər də var. Məsələn, yeni “RAV4 hibrid” çətin şəraitlərdə daha güclü xarakteristika nümayiş etdirmək və sürüşkən yollarda təhlükəsiz idarəetmə imkanı vermək üçün hazırlanmış, təkmilləşdirilmiş AWD-i sistemi ilə təchiz edilib.
“RAV4 Hibrid AWD” kimi modellər ön təkərləri hərəkət gətirən birləşdirilmiş “Toyota Hibrid” mühərriki və elektrik motoruna əlavə olaraq, arxa təkərləri hərəkətə gətirmək üçün arxaya quraşdırılmış ikinci elektrik motoruna malikdir. Bu, avtomobil hamar, sürüşkən səthlərdə hərəkətə başlayarkən daha əmin və güclü xarakteristikalar üçün fırlatma momentinin 30 faizə qədərinin arxa təkərlərə paylanmasına imkan verir.
Hibrid avtomobillər qışda problemlə üzləşirmi?
Bəs hibrid avtomobillər soyuq hava şəraitində, xüsusilə qış aylarında hansısa ciddi problemlərlə üzləşirmi? “Toyota Hibrid”in qış aylarında idarə edilməsi adi avtomobillərin idarə edilməsi ilə eyni təəssürat yaradır. Özü enerji yığan hibrid sistemininin üstünlüyü onun özünü idarə etməsi, elektrik enerjisindən benzin enerjisinə çevik keçidlər etməsi və bütün avtomobillərin avtomat ötürməyə sahib olmasıdır. Bütün bu səbəblərdən, temperaturun aşağı düşməsi bu avtomobilin sahibi üçün heç bir narahatlıq yaratmır.
“Toyota”nın hibrid avtomobilləri rahatlığınız üçün yolla ilişmənin nizamlanması və avtomobilin stabilliyinə nəzarət sistemləri ilə təchiz edilib. Bunlar sürüşkən və ya donmuş yol səthlərində ilişmə və nəzarəti saxlamağa kömək edir.
Hibrid texnologiya nə dərəcədə dözümlüdür?
“Toyota” innovativ, özü enerji yığan hibrid texnologiyasını 25 ilə yaxındır inkişaf etdirir. İnnovativ hibrid batareya texnologiyası avtomobilin ümumi həyat dövründə işlək vəziyyətdə olmaq üçün hazırlanıb. Orijinal hibrid batareyası və benzin mühərriki ilə bir milyon kilometrdən çox məsafə qət etmiş bəzi “Toyota” hibrid avtomobilləri bunun bariz nümunəsidir.
Əslində, mufta, generator və starter mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə avtomobildə nasazlıq yaranması riskini daha da azaldıb. Bütün hibrid komponentlər, o cümlədən hibrid batareyası əlavə rahatlıq üçün “Toyota”nın yeni 5 illik/100 000 km-lik (hansı daha tez olarsa) zəmanəti ilə təqdim edilir.
Hibrid avtomobillərin digər üstünlükləri
“Toyota”nın hibrid avtomobilləri sadəcə daha az yanacaq istifadə edərək pulunuza qənaət etmir. Onun texniki qulluğu da düşündüyünüzdən daha münasibdir. Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5 faizə qədər daha azdır.
Hibrid avtomobillər sizə çox pul tələb edən sürprizlər hazırlamır. Məsələn, “Toyota”nın hibrid avtomobillərinin sığortalanması istənilən ənənəvi avtomobilin sığorta xərcləri ilə eynidir. Avtomobilin məşhurluğunun artması, yüksək likvidləşmə qiyməti və çox sayda rəqabətədavamlı maliyyə və lizinq təkliflərinin sayəsində onlar benzin və ya dizel avtomobilləri ilə müqayisədə əvvəlki kimi bahalı deyil.
Bundan başqa, innovativ hibrid batareya texnologiyası avtomobilin ümumi həyat dövründə işlək vəziyyətdə olmaq üçün hazırlanıb, üstəlik mufta, generator və starter mühərriki kimi bəzi texniki elementlər tamamilə çıxarılıb, buna görə də, sığorta şirkətlərinin nəzərdə tutduğu təmir xərcləri də azalıb.
“Toyota”nın hibrid avtomobillərində elektrik motoru və batareya komponentləri texniki xidmət tələb etmir. Bunlar özünü təsdiq etmiş texnologiyalar olaraq mürəkkəb daxili yanma mühərriklərindən daha etibarlıdır. Əslində, mufta, generator və starter mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə gözlənilməyən xərclərin yaranması riskini daha da azaldıb.
Sonda onu da qeyd edək ki, “Toyota”nın hazırda Azərbaycan bazarında ən çox istifadə olunan hibrid avtomobilləri “Prius” modelinə məxsusdur. Lakin bu avtomobillər daha çox ikinci əldir və Azərbaycana digər ölkələrdən müxtəlif yollarla gətirilir.
“Toyota”nın Azərbaycan nümayəndəliyi tərəfindən rəsmi satışda olan hibrid avtomobillər isə bunlardır:
Toyota Corolla hibrid


Toyota Camry hibrid


Toyota RAV4 hibrid


Toyota Highlander hibrid
























